13.10.2026-cı il tarixində Sumqayıt Hospitalda Rad Akademiyası tərəfindən həkim və texniki heyəti üçün seminar keçirilmişdir.


​Seminar çərçivəsində aşağıdakı vacib mövzular ətrafında faydalı və ətraflı müzakirələr aparıldı:
​Radiologiya təhlükəsizliyi və qorunma;
​Cihazlara giriş və cihazların görüntü optimizasiyası;
​Radiologiyada tibbi etik və hüquqi proseslər;
​Radiolojik anatomiya və görüntülərin üzərində işlənməsi;
 

​Klinikamızın tibbi heyətinin peşəkarlığının artırılmasına, bilik və bacarıqlarının inkişafına verdikləri böyük dəstəyə və peşəkar yanaşmaya görə Rad Akademiyasının kollektivinə öz minnətdarlığımızı bildiririk.


​Pasiyentlərimizə hər zaman ən yüksək standartlara uyğun səhiyyə xidməti göstərmək üçün iş birliyimiz və inkişaf yönümlü addımlarımız davam edəcəkdir!