Sumqayıt Hospital 2020-ci ildə fəaliyyətə başlayaraq, regionun ən qabaqcıl çoxprofilli özəl tibb müəssisələrindən birinə çevrilmişdir. Xəstəxanamızın əsas məqsədi və missiyası Azərbaycanın şimal regionunu əhatə etməklə yanaşı, bütün pasiyentlərə yüksək keyfiyyətli, multidisiplinar tibbi xidmət göstərməkdir.
Peşəkar həkim heyətimiz və müasir tibbi avadanlıqlarımız sayəsində həm terapevtik müalicələri, həm də mürəkkəb cərrahi əməliyyatları beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olaraq həyata keçiririk. Bizim üçün ən ali dəyər pasiyentlərimizin sağlamlığına qovuşması və onların etimadının qazanılmasıdır.
