​28–30 sentyabr tarixlərində Sumqayıt Hospitalın Xəstə qəbulu şöbəsinin müdiri Leyla Maksudova İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Tibb Müəssisələri və Həkimlərlə İş” komissiyasının heyəti tərkibində Türkiyə və Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən işgüzar səfərdə iştirak edib.


​Səfər çərçivəsində səhiyyə infrastrukturu, investisiya imkanları və təcrübə mübadiləsi istiqamətində bir sıra mühüm görüşlər təşkil olunub:


​28 sentyabr (İstanbul): Heyət İstanbul Ticaret Üniversitesi və İstanbul Ticaret Odasında (İTO) keçirilən təlim və görüşlərdə iştirak edib.
​29 sentyabr (İstanbul): Regionun aparıcı tibb şəbəkələrindən olan Acıbadem Sağlıq Qrupu ziyarət olunub, tibbi xidmət təcrübəsi və beynəlxalq pasiyent standartları ilə yaxından tanışlıq baş tutub.

​30 sentyabr (ŞKTR): ŞKTR Səhiyyə naziri Dr. Hakan Dinçyürek ilə keçirilən görüşdə özəl səhiyyə sektorunun inkişafı və əməkdaşlıq perspektivləri müzakirə olunub. Daha sonra nümayəndə heyəti Yeni Girnə Dövlət Xəstəxanasında aparılan işlərlə tanış olub və Yeni Dövlət Laboratoriyasının rəsmi açılış mərasimində iştirak edib.


​Sumqayıt Hospital olaraq əsas məqsədimiz — beynəlxalq təcrübəni və müasir tibbi yenilikləri tətbiq edərək pasiyentlərimizə maksimum keyfiyyətli, etibarlı və müasir müalicə xidmətlərini təmin etməkdir. Bu istiqamətdə qarşılıqlı beynəlxalq əməkdaşlığımızı və təcrübə mübadiləmizi uğurla davam etdirəcəyik.