Skip to main content

Günel Qaflanova

Şöbə müdiri · Həkim-laborant

  • Department

    Laboratoriya şöbəsi

  • Languages spoken

    Azerbaijani, English, Russian

About the doctor

22 illik zəngin təcrübəyə malik ixtisaslı həkim-laborant və laboratoriya idarəçisidir. Laboratoriya təbabəti sahəsində uzun illər ərzində çalışaraq geniş klinik, diaqnostik və idarəetmə biliklərinə yiyələnmişdir. Müasir laboratoriya texnologiyaları və idarəetmə sistemləri üzrə dərin biliklərə sahib olmaqla yanaşı, tibbi və idarəetmə fəaliyyətini uğurla paralel həyata keçirir.

 

Əsas Fəaliyyət İstiqamətləri:

  • Klinik və Diaqnostik Fəaliyyət: Klinik laboratoriya xidmətləri, preanalitik, analitik və postanalitik proseslərin təkmilləşdirilməsi və xidmətlərin optimallaşdırılması.

  • Laboratoriya Quruculuğu və İdarəetməsi: Laboratoriya menecmenti, iş proseslərinin təşkili, inkişaf strategiyasının hazırlanması və keyfiyyətin idarə olunması.

  • Komanda və İnsan Resursları: Peşəkar laboratoriya komandalarının formalaşdırılması, idarə edilməsi, əməkdaşların təlimi və inkişafı.

  • Əməkdaşlıq və Texnologiya: Müasir laboratoriya texnologiyalarının tətbiqi, laboratoriya və klinik bölmələr arasında effektiv əməkdaşlığın qurulması.

Education


  • 1999 – 2004: Azərbaycan Tibb Universiteti — Tibbi-profilaktika fakültəsi (Ali tibb təhsili)

  • 2004 – 2005: İnternatura keçmişdir

     

Xaricdə İxtisaslaşma və Peşəkar Təlimlər:

  • Almaniya: Müasir laboratoriya texnologiyaları və idarəetmə sistemləri üzrə ixtisaslaşma.

  • Türkiyə: Acıbadem, Düzen Lab və digər aparıcı mərkəzlərdə peşəkar təlimlər və ixtisasartırma kursları.

Certificates and achievements


  • Beynəlxalq və Yerli Konfranslar: Azərbaycanda və beynəlxalq səviyyədə keçirilən laboratoriya və tibb konqreslərinin fəal iştirakçısı.

  • Yeniliklərin Tətbiqi: Dünya praktikasında əldə edilən müasir texnologiyaları və innovativ metodları yerli laboratoriya xidmətlərinə uğurla inteqrasiya etmişdir.

  • Sahənin İnkişafına Dəstək: Peşəkar təcrübəsini paylaşaraq gənc laboratoriya mütəxəssislərinin inkişafına və laboratoriya təbabətinin təkmilləşməsinə töhfə verir.

Share: