Sumqayıt Hospital – Cərrahiyyə Bölməsi
Sumqayıt Hospital çoxprofilli xəstəxanasında cərrahiyyə xidmətləri müasir tibbin ən yüksək standartlarına uyğun təşkil olunub. Biz ümumi cərrahiyyədən tutmuş mürəkkəb ixtisaslaşmış əməliyyatlara qədər geniş spektrdə cərrahi müdaxilələri peşəkar şəkildə həyata keçiririk.
Qarın boşluğu orqanlarında (mədə, bağırsaq, qaraciyər, öd kisəsi və digər) iltihabi, şiş, travmatik və funksional problemlərin müalicəsi, dəri və yumşaq toxuma törəmələrinin, yırtıqların (qasıq, göbək və s.) aradan qaldırılması ümumi cərrahiyyənin əsas istiqamətlərindəndir. Eyni zamanda xəstəxanamızda:
Neyrocərrahiyyə,
Ürək-damar cərrahiyyəsi,
Uroloji cərrahiyyə,
Travmatologiya və ortopedik cərrahiyyə,
Digər mürəkkəb cərrahi müdaxilələr uğurla aparılır.
Laparoskopik və digər minimal invaziv üsulların tətbiqi sayəsində əməliyyatlar daha az travmatik keçir, sağalma müddəti qısalır və fəsad riski azalır. Kəskin və təcili hallarda (appendisit, bağırsaq keçməzliyi, daxili qanaxmalar və s.) dərhal operativ müdaxilə həyata keçirilir.
Sumqayıt Hospital-da bütün növ cərrahi əməliyyatlar yüksək ixtisaslı həkim heyəti, müasir avadanlıq və fərdi yanaşma ilə yerinə yetirilir. Hər bir pasiyent üçün dəqiq diaqnostika əsasında fərdi müalicə planı hazırlanır.
Pasiyentlərimizin sağlamlığı bizim üçün ən vacib prioritetdir.
Qəbula yazılmaq və ya ətraflı məlumat almaq üçün:
Telefon: +994 50 800 02 55
Ünvan: Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 12mkrn, Çerkassi küçəsi, 181
İş saatları: 7/24



